Menu

Bakının mərkəzində yanğın: qadın xəstəxanalıq oldu

26.06.2015, 12:01
Bakının mərkəzində yanğın: qadın xəstəxanalıq oldu

Bakıda xəsarətlə nəticələnən yanğın qeydə alınıb. Lent.az-ın məlumatına görə, iyunun 25-də saat 14:30 radələrində, Novruzov qardaşları küçəsi ev 3 saylı ünvanında vətəndaş Əliyev Arif İbrahim oğluna məxsus bir mərtəbəli həyət tipli mənzilin hamamında qazdan yanğın başlayıb. Hadisə nəticəsində mənzildə yaşayan 1981-ci il təvəllüdlü vətəndaş Əliyeva Sürayyə Arif qızı yanıq xəsarətləri alaraq 5 saylı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol