Menu

İŞİD 2 qadının başını kəsdi

30.06.2015, 15:07
İŞİD 2 qadının başını kəsdi

İslam Dövləti yaraqlıları ilk dəfə olaraq Suriyada 2 qadının başını kəsib.

Londonda fəaliyyət göstərən Suriya insan haqları mərkəzinin məlumatına görə, qadınlar və onların ərləri cadugərlik və sehrbazlıqla məşğul imişlər.

İnsan haqları mərkəzi onların iyunun 28-29-da Deir al Zor əyalətində edam olunduqlarını bildirir.

Hər iki halda edamı qadınların ərləri icra edib.

Hazırda Suriya və İraqın bir çox əraziləri İslam Dövləti yaraqlılarını nəzarətindədir

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol