Menu

Azərbaycanda dövlətə məxsus su hövzələrində ov qadağan edildi

01.07.2015, 16:44
Azərbaycanda dövlətə məxsus su hövzələrində ov qadağan edildi

Azərbaycanda dövlət təbiət qoruqlarında su bioresurslarının ovu qadağan edilir.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”yə etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən Qarayazı Dövlət Təbiət Qoruğu və Eldar Şamı Dövlət Təbiət Qoruğunda balıqla bərabər, bundan sonra digər su bioresurslarının ovu da qadağan edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol