Menu

“ABŞ Almaniyanın nazirlərini gizli dinləyib..."- Wikileaks

02.07.2015, 00:08
“ABŞ Almaniyanın nazirlərini gizli dinləyib..."- Wikileaks

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi Almaniyanın bir sıra nazirlərinin, idarələrin stats-katiblərini və digər yüksək çinli siyasətçilərini gizli şəkildə dinləyib. Musavat.com-un məlumatına görə, bu barədə alman nəşri "Zeitung” Wikileaks-a istinadən yazıb.

Məlumatda bildirilir ki, izləmə ötən əsrin 90-cı illərindən həyata keçirilə bilərdi. Casus fəaliyyətin həyata keçirilməsində Britaniya xüsusi xidmət orqanlarının köməyi olduğunu istisna eləmir.

Az əvvəl xəbər verilmişdi ki, Almaniya Prokurorluğu Merkelin telefonunun gizli dinlənilməsi ilə bağlı işi bağlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol