Menu

Yunanıstandakı böhran Neft Fondunun gəlirlərinə təsir edəcək?

07.07.2015, 10:22
Yunanıstandakı böhran Neft Fondunun gəlirlərinə təsir edəcək?

Yunanıstandakı iqtisadi böhran Azərbaycan Dövlət Neft Fondunun (ADNF) gəlirlərinə təsir etməyəcək.

Bu barədə Trend-ə fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

O bildirib ki, ADNF-nin Yunanıstanda heç bir aktivi yoxdur: “Fondun vəsaitinin idarə olunması qaydalarına əsasən, fondun investisiya portfelinin vəsaiti uzunmüddətli öhdəliklər üzrə müəyyən beynəlxalq kredit reytinqi olan ölkələrin aktivlərinə qoyula bilər. Yunanıstanın reytinqi tələblərimizi ödəmədiyindən ADNF bu ölkənin aktivlərinə investisiya qoymayıb. Bu səbəbdən, Yunanıstandakı böhran ADNF-nin fəaliyyətinə təsir etməyəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol