Menu

Hansı canlı daha çox adam oldürür? - İNFOQRAFİKA

13.07.2015, 01:22
Hansı canlı daha çox adam oldürür? - İNFOQRAFİKA

Sən demə ağcaqanadlar il ərzində dünyada ilanlardan da çox adam öldürürlər. Bu canlılar hətta insanların özlərindən də 2 dəfə daha çox adamın ölümünə bais olurlar.

Rusiyada dərc olunan "Vokruq sveta" dərgisinin yazdığına görə ABŞ alimləri dünyada insan ölümlərinin səbəbləri barədə statistikanın analizi əsasında ən təhlükəıi canlıların siyahısını hazırlayıblar. Bu siyahıya görə ağcaqanadlar əsasən də tropik ölkələrdə malyariya xəstəliyi yaymaqla il ərzində 725 000 insanın ölümünə səbəb olurlar.

Hətta insanlar özləri də adam öldüməkdə ağcaqanadlardan geri qalırlar. İnsanlar da il ərzində dünyada 475 000 adam öldürürlər.

İlbizlər də parazitlər yaymaqla xüsusilə uşaqlar arasında ilbiz qızdırması adlanan xəstəliyə səbəb olur, bu yolla il ərzində 110 000 insan qatili olurlar.(azadlıq.org)

Adam öldürən canlıların qısa siyahısı ilə aşağıdakı infoqrafikda tanış ol:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol