Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Rasəf Mehdiyev bu gün Hökumət Evinin qarşısında aclıq aksiyası keçirib. O, mətbuata açıqlamasında aksiyanın səbəbini teatrda sözünün eşidilməməsi və Şuşa Teatrının direktoru Yadigar Muradovun ona qarşı apardığı şəxsi ədavətlə izah edib.Virtualaz.org saytının əməkdaşı hadisə yerinə getsə də artıq aktyorun aksiyanı dayandırdığı və onun orada olmadığı məlum olub.
Məsələyə münasibət öyrənmək üçün Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyin mətbuat katibi İntiqam Hümbətov virtualaz.org saytına açıqlamasında bildirdi ki, bu, teatrın daxili işidir: “Teatrın direktoru ona cavab verib və məlum olub ki, narazılıq tamaşa ilə bağlıdır. Teatrda səhnələşdirilən tamaşalar isə həmin qurumun daxili işidir. Biz ona qarışmırıq”.


Şərhlər