Menu

Azərbaycan Texniki Universitetində eyvan uçub, bir nəfər ölüb - HADİSƏ

17.01.2014, 10:30
Azərbaycan Texniki Universitetində eyvan uçub, bir nəfər ölüb - HADİSƏ

Azərbaycan Texniki Universitetində bədbəxt hadisə baş verib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə universitetin ikinci korpusunda qeydə alınıb. Universitetdə təmir işləri aparan zaman binanın üçüncü mərtəbəsinin eyvanı uçub.

Nəticədə orada təmir işləri aparan “AZİNFORT MMC” şirkətinin fəhlələri - 1973-cü il təvəllüdlü Masallı rayon sakini Daşqın Çərkəz oğlu Vəliyev hadisə yerində dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Oqtay Sərbaz oğlu Məmmədov isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol