Menu

218 deputat marixuananın leqallaşdırılmasını dəstəklədi

16.07.2015, 08:56
218 deputat marixuananın leqallaşdırılmasını dəstəklədi

İtaliya parlamenti marixuananın leqallaşdırılması haqqında qanun layihəsini müzakirəyə çıxarıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli mətbuatda bildirilir.

Məlumata görə, qanun layihəsini 218 deputat dəstəkləyib.

Qanun layihəsi şəxsi istifadə üçün ev şəraitində 5 ədəd çətənə kolu becərməyi icazə verir.

Qanun layihəsi həmçinin “xüsusi klublar”ın yaradılmasını nəzərdə tutur. Bu “klub”larda 250 ədəd çətənə kolu becərməyə və marixuananın xüsusi mağazalarda pərakəndə satışına icazə verilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol