Menu

Kuba lideri ABŞ-dan tələblərini açıqladı 

16.07.2015, 19:04
Kuba lideri ABŞ-dan tələblərini açıqladı 

Xarici KİV-in yaydığı xəbərə görə, Kuba Dövlət Şurasının və Nazirlər Sovetinin sədri Raul Kastro Kuba xalq hakimiyyəti milli Assambleyasının (parlament) iclasında bəyan edib ki, münasibətlərin bərpası ilə Kuba və ABŞ özlərinin birgə tarixində yeni növ əlaqələr qurmaq cəhdi göstərir (TASS).

«Kuba və Birləşmiş Ştatlar arasında münasibətlərin bərpası ilə əlaqələrin yeni növünün - bizim birgə tariximiz boyu mövcud olmuş əlaqələrdən fərqlisinin yaradılmasına cəhdlər edilir» - deyə, Kastro parlamentin bu il keçirilən ilk iclasının yekununda qeyd edib.

Kastro daha sonra deyib: «İyulun 20-də diplomatik münasibətlər bərpa olunacaq və uyğun paytaxtlarda səfirliklər açılacaq. Bununla, ötən il dekabrın 17-də başlanmış prosesin birinci mərhələsi başa çatacaq və normallaşmanın uzunmüddətli və mürəkkəb mərhələsi başlayacaq. Nə qədər ki, ticari, iqtisadi və maliyyə blokadası davam edir, Kuba ilə ABŞ arasında normal münasibətləri təsəvvür etmək mümkün deyil. İradə lazımdır ki, beş onillikdən artıq bir dövrdə yığılıb qalmış və dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə öz təsirini göstərən problemlərin həlli yollarını tapasan».

Kuba liderinin fikrincə, ikitərəfli münasibətləri normallaşdırmaq üçün «Quantanamodakı ABŞ hərbi-dəniz bazası tərəfindən işğal olunmuş əraziləri» Kubaya qaytarmaq və Kubaya qeyri-qanuni radio-televiziya verilişlərinin translyasiyasına son qoymaq lazımdır. Kastro həm də xatırladıb ki, Vaşinqton özünün diversion və daxili gərginlik yaradan fəaliyyətlərini nəzərdə tutan proqramından əl çəkməli, eyni zamanda Vaşinqtonun siyasəti nəticəsində Kuba xalqına dəymiş maddi və mənəvi zərərə görə kompensasiya ödəməlidir.

«Kubanın inqilabi hökuməti məqsədli şəkildə münasibətlərin normallaşdırılması yolu ilə irəliləyir və əmindir ki, hər iki tərəf mövcud fikir müxtəlifliklərinə baxmayaraq, xalqlarımızın firavanlığı naminə əməkdaşlıq edə və sivil qaydada yaşaya bilər, bununla da sülhə, təhlükəsizliyə, stabilliyə, qitədə və dünyada bərabərliyə xidmət etmiş olar» - deyə, Kastro çıxışını tamamlayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol