Menu

Nabranda reyd: 80 sürücü cəzalandırılıb - FOTO

19.07.2015, 13:28
Nabranda reyd: 80 sürücü cəzalandırılıb - FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin (DYPB) əməkdaşları həftə sonu Nabran istirahət zonasında növbəti reyd keçiriblər.

Reydin keçirilməsində əsas məqsəd baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısı almaq və avtomobili spirtli içkinin təsiri altında idarə edən sürücüləri aşkarlamaq olub.

Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin APA-nın şimal bürosuna verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 80-nə yaxın sürücü barədə protokol tərtib edilərək, tədbirlər görülüb. Həmin sürücülərin 7-si avtomobili sərxoş vəziyyətdə, 4 nəfər sürücülük hüququ olmadan idarə edən, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyənlər olub.

Ə. Əsgərbəyli bildirib ki, reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam etdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol