Menu

Türkiyədə “Twitter”ə giriş bağlandı

22.07.2015, 15:18
Türkiyədə “Twitter”ə giriş bağlandı

Türkiyədə “Twitter” sosial şəbəkəsinə giriş bağlanıb.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, Suruç respublika prokurorluğu bu rayonda törədilən terror aktı ilə bağlı foto və videoların yayılmasının, eləcə də icazəsiz mitinqə çağırışların qarşısını almaq üçün Suruç Sülh Cəza Məhkəməsinə müraciət edib.

Məhkəmə fotoların və icazəsiz aksiyaların keçirilməsi barədə paylaşımların saytlardan silinməsinə qərar verib.

Müvafiq qərar Provayderlər Birliyi tərəfindən “Twitter” və “Facebook” sosial şəbəkələri və “YouTube” video şəbəkəsinə göndərilib. “Facebook” və “YouTube” qərarı tətbiq etsələr də, “Twitter” buna əməl etməyib və nəticə olaraq, ölkə ərazisində bu sosial şəbəkəyə giriş bağlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol