Menu

“Kapital Bank”ın bankomatı partladıldı

28.07.2015, 15:42
“Kapital Bank”ın bankomatı partladıldı

Abşeron rayonunda “Kapital Bank” ASC-yə məxsus bankomatdan oğurluğa cəhd olub.

“Report” xəbər verir ki, gecə saatlarında rayonun Saray qəsəbəsində naməlum şəxs və ya şəxslər ASC-nin bankomatını oradakı pulları götürmək məqsədilə sındırıblar. Hadisə zamanı bankomatın monitorunda partlayış baş verib. Soyğunçuluq etmək istəyənlər ərazidən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol