“Bakı Fond Birjası” QSC-nin (BFB) sədri dəyişdirilib. Son illər birja rəhbərləri vəzifədə çox qalmır və öz arzuları ilə gedirlər. Turan-nın məlumatına görə, Amin Muradovu bundan əvvəl Milli Depozit Mərkəzinin İH sədri olmuş Fariz Əzizov əvəz edib. Muradov bu vəzifədə 11 ay çalışıb. Bu, son 3 ildə dördüncü İH sədridiir.

Bakı Fond Birjası çox az fon institutlarındandır ki, birja indeksi və birja listinqi yoxdur. Birjanın kotirovkasında bir neçə maliyyə institutunun və 1 tikinti şirkətinin istiqrazları var.

BFB 2000-ci ildən fəaliyyət göstərir. Ödənilmiş nizamnamə kapitalı 1 260 000 manatdır. Səhmdarları 21 struktur, o cümlədən İstanbul Fond Birjasıdır. BFB 2012-2013-cü illərdə mənfəəti səhmdarlar arasında bölməyib. AZN 1.8 milyon məbləğində bölüşdürülməmiş mənfəət bank depoziti kimi saxlanılır.

BFB çox şəffaf olmayan informasiya siyasəti yürüdür. Illik hesabat 2010-cu ildən bəri açıqlanmır. Lanchester Universiteti (Britaniya) və Bakı Dövlət İqtisadiyyat Universitetinin məzunu Əzizovun 2011-ci ildən başçılıq etdiyi MDM də vəziyyət pisdir. Depozitar əmanətçilərinə elektron xidmətlərin təmin etmir, xidmət etdiyi şirkətlərin siyahısını açıqlamır.