Menu

VARLILARIMIZIN UŞAQLARININ HARIN HƏYATI ABŞ MEDİASINDA - FOTOLAR

04.08.2015, 18:05
VARLILARIMIZIN UŞAQLARININ HARIN HƏYATI ABŞ MEDİASINDA - FOTOLAR

Əsası ABŞ-da qoyulmuş  “Rich Kids of Instagram' (İnstagramın varlı uşaqları) səhifəsi bu dəfə Azərbaycana yer ayırıb. İnstagram səhifəsində Azərbaycanda yaşayan varlı ailələrinin övladlarının müxtəlif fotoları yerləşdirlib. Bu fotolarda müxtəlif gənclər bahalı maşınların, təmtəraqlı otellərin və istirahət məkanlarının fonunda şəkil çəkdiriblər.

Türkiyənin Radikal.com saytı sözügedən sosial səhifəyə istinadla azərbaycanlı varlı övladlarına məxsus fotoları yayımlayıb.

Fotolarda həmin gənclərin harın həyat tərzləri əks olunub.

Xatırladaq ki, bir müddət öncə də varlı azərbaycanlı gənclərin bəzi fotoları İnstaqram səhifəsində paylaşılmışdı.

Fotoları oxuculara təqdim edirik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol