Azərbaycanın zəngin övladları yenidən Türkiyə mətbuatının gündəminə gəliblər. ANS PRESS-in məlumatına görə, bu gün də Türkiyənin bəzi saytaları azərbaycanlıların zəngin həyatlarını əks etdirən yeni fotolar paylaşıblar. Fotolar İnstagramx səhifələrindən götürülüb.Bu barədə xəbərlər isə "Azərbaycanın zəngin uşaqları ABŞ-dan olan rəqiblərinə meydan oxuyur" başlığı ilə yerləşdirilib.

Müntəzəm olaraq İnstagramda paylaşdıqları ilə gündəmə gələn Azərbaycanın zəngin övladları yenə lüks həyatları, istirahətləri ilə diqqət çəkə biliblər. Bu dəfə də paylaşılan fotolar arasında üstünlüyü qızlar, hədiyyələr təşkil edir.

Qeyd edək ki, dünən də Türkiyə mətbuatı “Azərbaycanın varlı uşaqları” başlıqlı yazı paylaşılıb. "Milliyet"ə istinadən xəbər verir ki, yazıda milyonçu övladlarının dəbdəbəli həyatını əks etdirən fotolar yer alıb.Məqalədə “Rich Kids of İnstagram” adıyla ABŞ-da başlayan və bütün dünyaya yayılan bu adət indi də Azərbaycanda qarşımıza çıxdı” sözləri yazılıb.

Həm köhnə, həm də yeni fotoları təqdim edirik:

Fotolar arasında xalq artisti Aygün Kazımovanın qızı İlqarənin də fotosu var.

O, onlarla qızılgüldən ibarət nəhəng bir buketin qarşısında oturub. Həmin şəkli: