Menu

Səudiyyə Suriyadan çəkilmək üçün şərtini açıqladı

08.08.2015, 22:09
Səudiyyə Suriyadan çəkilmək üçün şərtini açıqladı

Səudiyyə Ərəbistanı Suriya müxalifətinə verdiyi dəstəyi kəsmək üçün şərtini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ər-Riyad “Hizbullah”ın Suriyanı tərk edəcəyi halda, müxalifətə dəstəyini kəsəcəyini açıqlayıb.

Səudiyyə Ərəbistanı “Hizbullah”dan başqa Dəməşq rejiminə dəstək verən digər xarici qrupların da ölkədən çəkilməli olduğunu bildirib.

Qeyd edək ki, Livanın “Hizbullah” təşkilatı Rusiya və İranla yanaşı Bəşər Əsəd rejiminin ən böyük dəstəkçilərindən biridir. Təşkilatın minlərlə üzvü müxalif qruplara qarşı vuruşur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol