«Sidney morninq herald» qəzetinin məlumatına görə, Avstraliya hazırda, Suriyada İŞİD terrorçu qruplaşmasının mövqelərinə hava zərbələri endirmək məqsədilə özünün hərbi-hava qüvvələrinin koalisiya ilə mümkün birgə mübarizəyə qoşulması istiqamətində ABŞ-la pərdəarxası məsləhətləşmələr aparır (TASS).
Hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Minhad hərbi-hava qüvvələri bazasında Avstraliya hərbi-hava qüvvələrinin (HHQ) 8 təyyarəsi və 400-ə yaxın hərbçisi dislokasiya olunub. Amma indiyə qədər bu təyyarələr İŞİD-ın yalnız İraqdakı mövqelərini bombalayırdı.
«Hələlik Suriyada bombardmanlara başlamaq barədə heç bir qərarın qəbul olunmamasına baxmayaraq, indi söhbət ondan getmir ki, belə qərar qəbul olunucaq, yoxsa yox? Söhbət ondan gedir ki, qərar nə vaxt qəbul olunacaq?» - deyə, qəzet məsələyə aydınlıq gətirir.
AzPolitika.info

Şərhlər