Menu

Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum ediləcək

13.08.2015, 19:29
Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum ediləcək

Rəsmi Tiflis Kiyevdən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığının verilməsinin təsdiqini gözləyir.

Oxu.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Ədliyyə naziri Teya Çulukani deyib.

“Biz Kiyevdən sabiq prezident Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığının verilməsi barədə rəsmi bəyanat gözləyirik. Əgər bu baş verərsə biz Saakaşvilini Gürcüstan vətəndaşlığından məhrum edəcəyik”, - Çulukani deyib.

Onun sözlərinə görə, Gürcüstan qanunvericiliyinə əsasən ölkədə ikili vətəndaşlığa icazə verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol