Menu

Sürücü qolundan qan axsa da, avtobusu idarə edib

14.08.2015, 19:49
Sürücü qolundan qan axsa da, avtobusu idarə edib

Bu gün səhər saat 08:20 radələrində Neftçilərdən Bakıxanov istiqamətinə hərəkət edən 76 nömrəli sərnişin avtobusunun sürücüsü sol qolunu “lezva” ilə kəsib.

Şahidlərin sözlərinə görə, sürücü qolundan qan axa-axa avtobusu çox sürətlə idarə etməyə davam edib. Sürücünü o vəziyyətdə görən sərnişinlərdən birinin halı pisləşib.

Daha sonra sürücü Bakıxanov qəsəbəsi yaxınlığında sərnişinləri yolda avtobusdan düşürüb, digər sürücü ilə yola davam edilib.

Sərnişinlərdən bəziləri musavat.com-a müraciət edərək, bu məsələnin ictimailəşməsini və əqli sağlamlığı yerində olmayan sürücülərin idarə etdiyi avtobuslardan istifadə etmək istəmədiklərini bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol