“Qalib gəlmək istəyirsinizsə, sizin bacarıqlı, xarizmatik lideriniz olmalıdır”

Geopolitika və siyasi strategiya üzrə tanınmış Amerikalı mütəxəssis Zbiqnev Bzejinski Ukraynadakı vəziyyətlə əlaqədar fikirlərini açıqlayıb. AzPolitika.info onun Ukraynanın “Ukrayinskiy pravda” qəzetinə Azərbaycan müxalifəti üçün də ibrətamiz fikirlərlə zəngin olan müsahibəsini ixtisarla təqdim edir:

- Cənab Bzejinski, Vaşınqtondan baxdıqda Ukrayna bu gün necə görünür?

- Hesab edirəm ki, biz meydanda Ukrayna xalqının özünü təsdiq etməsinin ilk tarixi nailiyyətini görürük. Bütöv bir nəslin milli müstəqillik əldə etmək istəyi dönməz bir prosesə çevrilib.

- İndi meydanda vəziyyət tam bəlli deyil. Bir dalana dirənmə var və bundan çıxış necə ola bilər?

- Ümumiyyətlə, Vaşinqtondan məsləhət vermək asan deyil. Ancaq bir şeyi deyim ki, Ukrayna müxalifəti üçün yalançı birlik yox, əsl, həqiqi birlik lazımdır. Bu koalisiyon razılıq yolunun mütləq tələbidir. Müxalifət siyasi birlik nümayiş etdirməlidir. Bu çətin olsa da, vacibdir. Heç olmasa vahid birlik üçün simvolik lider müəyyənləşməlidir. Əgər qalib gəlmək istəyirsinizsə, sizin bacarıqlı, xarizmatik lideriniz olmalıdır. Polşada Lex Valensa heç də ən ağıllı adam deyildi. Mən Ukraynadakı müxalifətin hər hansınısa müdafiə etmirəm. Sözsüz ki, aralarından bir lider seçmək konkret olaraq onların öz işidir.

- Sizin müqayisənizdə Lex Valensa roluna Vitaliy Kliçko uyğun gəlir?

- Kiminsə adını çəkmək istəmirəm.Mən realist kimi çıxış edirəm - başqa cür hakimiyyəti qətiyyən buraxmaq istəməyənə qalib gəlmək müşkül iş olcaq. Hansı yaxşıdır - bir nəfəri irəliyə verib qalib gəlmək və ya ayrı-ayrılıqda hərəkət edərək məğlub olmaq?

- Siz Yanukoviçlə görüşmüsünüz, o, necə təsir bağışlayır?

- Yanukoviç sözün siyasi mənasında ağıllıdır və öz addımlarını hesablayır. Onun Avropa ilə manevrlər etməsinin səbəbi Rusiyadan daha çox pay götürmək istəyinə bağlı olub. Gərək Avropa Ukrayna məsələsində siyasətini elə tənzimləyə ki, bu Rusiyaya qarşı hərəkət kimi başa düşülməsin. Mən hesab edirəm ki, Yanukoviç şəffaf seçkilərdə məğlub olacağını anlayıb, Putinin çətirinin altına girməyi üstün tutdu. Bu Yanukoviç üçün optimal bir vəziyyətdir.

- Bir çoxları belə fikirdədir ki, Obama administrasiyası Ukrayna ilə əlaqədar effektli siyasət aparmır və bu məsələyə də az əhəmiyyət verir.

- Maraqlı iddiadır.Ağ Evin yüksək çinli nümayəndələri ilə Ukrayna məsələsini müzakirə etmişik. Ağ Evin effektli siyasəti ona görə məhduddur ki, biz mövcud siyasi rellığı dəyişə bilmirik. Ona görə ki, Ukrayna hakimiyyətindəki adamlara qeyri-müəyyən Avropa perspektivindənsə Rusiyadan asılı olmaq daha çox sərf edir.

V.Nəsibov