Türkiyədə Diyarbəkir vilayətinin Sur və Silvan şəhərlərinin bələdiyyə başçıları saxlanılıb. Virtualaz.org Anadolu agentliyinə istinadən bildirir ki, “muxtariyyat” haqda bəyanatlara görə 5 nəfər, o cümlədən yuxarıda göstərilən şəhərlərin bələdiyyə sədrləri Seyid Narın və Yüksəl Bodaqçı həbs edilib.
Onlar Türkiyə Cinayət Məcəlləsinin 302-ci maddəsi (“Dövlət birliyi və ərazi bütövlüyünün pozulması”) ilə ittiham olunurlar.


Şərhlər