Menu

Ərdoğandan Davudoğluna tapşırıq - VİDEO

25.08.2015, 22:12
Ərdoğandan Davudoğluna tapşırıq - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erkən seçkilərə fəaliyyət göstərəcək hökumətin qurulması səlahiyyətini hazırkı baş nazir Əhməd Davudoğluna verib.ANS TV-nin məlumatına görə, Türkiyə qanunvericiliyinə əsasən, müvəqqəti hökumətin qurulması üçün parlamentdən səs çoxluğuna ehtiyac yoxdur. Əhməd Davudoğlu yaxın 5 gün ərzində hökumətin tərkibini müəyyən edərək prezidentə təqdim edəcək.

Müxalif partiyalardan Cümhuriyyət Xalq və Milliyətçi Hərəkat partiyaları müvəqqəti hökumətdə yer almayacaqlarını açıqlamışdı.

Türkiyədə iyun ayında baş tutan seçkilərdən sonra davam edən danışıqlar nəticə verməmiş və koalisiya hökumətini qurmaq mümkün olmamışdı.

Ötən gün prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verərək erkən seçkilərin noyabrın 1-də keçiriləcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol