Menu

Rusiyadan Qarabağ açıqlaması

27.08.2015, 21:26
Rusiyadan Qarabağ açıqlaması

Qərb və Rusiya arasında olan fikir ayrılıqları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun işinə təsir etməməlidir..

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, bunu Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Ümid edirəm ki, Rusiya ilə digər ölkələr arasında yaranan fikir ayrılığı ucbatından ATƏT-in Minsk qrupunun işinə təsir etməyəcək. Çünki Rusiya və ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür”, - deyə Zaxarova bildirib.

XİN rəsmisi onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya tərəfindən heç bir problem ola bilməz: "Biz bu formatın iştirakçılarıyıq və öz öhdəliklərimizə məsuliyyətlə yanaşırıq. Biz başa düşürük ki, bu qrupun gündəmində ciddi məsələ var”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol