Menu

Qaçqın problemi Avropanı çökürdür

05.09.2015, 17:57
Qaçqın problemi Avropanı çökürdür

İraq, Əfqanıstan və Suriya bombalandı, nəticədə ortaya terror və qaçqın problemi çıxdı. Axar.az xəbər verir ki, bu sözləri Avstriya Azadlıq Partiyasının lideri Hainz-Kristian Straş deyib. O, Avropa Birliyinin gözündə Avstriya xalqının qaçqınlar qədər dəyərinin olmadığını bildirib: “Artıq avstriyalılar Vyanada iş və ev tapa bilmirlər.

Miqrantlara xərclənən pullar təhsil və məşğulluq üçün xərclənməlidir. Xaricilərə görə ölkədə hadisələr artıb, alış-veriş mərkəzləri və stansiyalar dilənçilərlə dolub. Artıq işləmək axmaqlıq kimi qəbul edilir.

Çünki işləməyənlər 850 avro, işləyənlər isə bundan az pul alırlar. Bu sistem belə davam edə bilməz. Avropa Birliyi Yunanıstanı xilas etdi, lakin Avstriya xalqına heç bir kömək etmir. AB-nin gözündə Avstriya xalqının qaçqınlar qədər dəyəri yoxdur”.

Qeyd edək ki, son günlərdə Avropa Suriyadan və digər ölkələrdən gələn qaçqın axını ilə üzləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol