Menu

Generalın qardaşı hökumətə təslim oldu

06.09.2015, 13:59
Generalın qardaşı hökumətə təslim oldu

Tacikistanın şərqində sentyabrın 5-də xüsusi əməliyyat zamanı 9 güc strukturu əməkdaşı ölüb, 6 nəfər yaralanıb. Məlumatı İnterfaks yayıb. Bildirilir ki, müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzod və onun tərəfdarlarının təqibi davam etdirilir.

Azadlıq Radiosunun tacik bürosunun məlumatına görə, sentyabrın 5-də Ramist dərəsində Nazarzodun tərəfdarlarından 13-ü öldürülüb, daha 32 nəfəri saxlanılıb. Generalın qardaşı hökumətə təslim olub. Çoxsayda silah və sursat müsadirə olunub.

Sentyabrın 5-də naməlum şəxslər Düşənbənin girişində post patrul məntəqəsinə basqın ediblər. Nəticədə 1 polis işçisi öldürülüb, bir neçəsi yaralanıb. Hələ ki bu basqının Nazarzod qruplaşması ilə əlaqəli olub-olmaması bəlli deyil.

Xatırladaq ki, prezident Emomali Rahmon Nazarzodu hökumətdə tutduğu vəzifədən azad edib, onu “cinayət törətməkdə” suçlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol