Röyter agentlyinin verdiyi məlumata görə, ABŞ müdafiə nazirinin müavini Frenk Kendal bildirib ki, Birləşmiş Ştatlar hərbi- texnoloji üstünlüklərini Çin, Rusiya və digər ölkələr qarşısında tədricən itirməyə başlayıb. Pentaqonun hərbi-texnoloji üstünlüyünü itirəcəyindən ehtiyat edən Kendal deyib:
“Mən Çinin və əsasən də Sakit Okean hövzəsi ölkələrinin bu cür sürətli texnoloji inkişafına əvvəlki on illiklərdə rast gəlməmişəm. Texnoloji üstünlük daima təminat altına alına bilməz. Bu məsələ gələcəyin deyil, bu günün problemidir. ABŞ hərbi büdcəsinin azalması bu riskləri daha da artırır. Çinin hərbi sənaye kompleksinə ayırdığı investisiya hər il 10% artır. Düzdür, Çinin hərbi büdcəsi bizimkindən xeyli aşağıdır, ancaq onların hərbi personal üçün xərclədiyi pullar çox da yüksək olmadığından, ayrılan məbləğın böyük bir qismini texnoloji təkmilləşməyə yönəldirlər.”
V.Nəsibov

Şərhlər