Menu

Britaniya miqrantlarla bağlı siyasətini dəyişdi

07.09.2015, 22:38
Britaniya miqrantlarla bağlı siyasətini dəyişdi

Britaniya 2020-ci ilə kimi 20 min qaçqına sığınacaq verəcək.ANS PRESS-in məlumatına görə, Avropaya qaçmağa çalışan miqrantların yaşadığı faciəni əks etdirən fotoşəkillərin, o cümlədən Bodrum sahillərinin yuduğu körpə Aylanın görüntüsünün dünyada böyük əks səda doğurmasından sonra, rəsmi London miqrantlarla bağlı siyasətini 180 dərəcə dəyişib.

Baş nazir Devid Kemeron bir qədər əvvəl parlamentdə etdiyi çıxışda, qarşıdakı 5 il ərzində ölkə ərazisində 20 min miqrantın yerləşdirilməsini təklif edib və yaxın zamanda bu haqda planın səsverməyə çıxarılacağını bəyan edib.

Habelə Kemeron spikerə etdiyi müraciətində sığınacağın yalnız ölkəsində gedən müharibədən baş götürüb qaçan Suriyalı qaçqınlara şamil olunacağını bildirib. Plana görə bu barədə qətnamə hazırkı parlamentin mandatı bitənə kimi qəbul olunmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol