Özünü yandıran 40-45 yaşlarında olan qadın ağır vəziyyətdə 5 saylı xəstəxanaya çatdırılıb

Bu gün paytaxtda daha bir nəfər özünə od vurub. ANS PRESS-in məlumatına görə, hadisə Səbail rayonunda, Mərkəzi Klinikanın yaxınlığında baş verib.

Təqribən 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqda olan polis əməkdaşlarının səyi ilə söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olduğu bildirilir.

Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir.

Xatırladaq ki, ötən gün Bərdədə bir nəfər özünü yandırmışdı. Alpoud kənd sakini Maarif Vəliyev ötən gün axşam saatlarında Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vurub.

Bir neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü yandıraraq xəsarət yetirmişdi. O, ünvanlı sosial yardım almaqla bağlı qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını demişdi.

Bakının Səbayel rayonunda özünü yandıran qadının şəxsiyyəti müəyyənləşib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org saytına bildirib ki, özünü yandıran 1993-cü il təvəllüdlü Məleykə Bayramlıdır. Əslən Lənkəran rayonundandır və Bakıda kirayədə yaşayır. M.bayramlının bədənin 65 faizi yanıb, vəziyyəti ağırdır.O, hazırda xəstəxanın yanıq mərkəzinin reanimasiya şöbəsindədir.

Xəstəxananın yanıq şöbəsindən isə virtualaz.org-a bildirdilər ki, M.Bayramlının vəziyyəti kritikdir və həyatı üçün təhlükə var.

Bu arada daha bir intihar anonsu Şamaxıdan gəlib. Şamaxı şəhər sakini İlhamə Yaqubova 2 övladının və özünün yaşadığı mənzil qeyri-qanuni olaraq Rayon İcra Hakimiyyətinin mənimsədiyini deyir. Hazırda yaşamağa yeri olmayan, 2 övladı ilə küçələrdə qalan ana müraciət etmədiyi ünvan qalmayıb. Ancaq onun səsinə səs verən yoxdur.

İ.Yaqubova yanvarın 31-də saat 15:00-da RATI-də mətbuat konfransı keçirərək başına əglən olayla bağlı jurnalistlərə məlumat verəcək. Ilhamə Yaqubova aidiyyəti qurumların məsələyə yaxın günlərdə müdaxilə etməyəcəyi təqdirdə 2 övladı ilə Prezident Administrasiyasının qarşısında intihar edəcəyini söyləyir.

Bir sözlə ölkədə intiharlar ara vermir.

Vaqif

AzPolitika.info