Menu

Aydın Əliyevdən ilginc açıqlamalar- "Elə adamlara ağız açdırırlar ki..."

30.01.2014, 13:53
Aydın Əliyevdən ilginc açıqlamalar- "Elə adamlara ağız açdırırlar ki..."

“Bura kompüterdə oynamağa, telefonla danışmağa gəlirlər, rütbə, təltif istəyirlər”

“Mənim iradım əsasən şöbə rəislərinədir. Beş ay bundan əvvəl rütbə almış adamlar yenə rütbə istəyir”. Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2013-cü ilin fəaliyyət yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclası ərəfəsində bildirib (publika.az).

Komitə sədrinin sözlərinə görə, il ərzində heç bir iş görməyən adamlar təltif olunmaq, rütbə almaq istəyirlər: “Onlar elə adamlara ağız açdırırlar ki, gülməli gəlir. Halbuki bura kompüterdə oynamağa, telefonla danışmağa gəlirlər. Sizə heç bir rütbə, təltif düşmür. Bu dövlət üçün əmək sərf etməmisiniz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol