Xarici KİV-in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) ali komisarı Zeyd Raad əl-Hüseyn bəyan edib ki, Rusiyadan daxil olan silah və hərbçilərin axını sayəsində Donbasda situasiya getdikcə pisləşir (Rosbalt).
«Donetsk və Luqansk vilayətlərində hərbi əməliyyatların keçirilməsi nəticəsində situasiya pisləşməkdə davam edir. Məlumatlara görə, xarici döyüşçülərin bu ərazilərdə qalması və Rusiyadan yeni axınların, ən yeni silah və sursatların gətirilməsinin dəstəklənməsi vəziyyəti mürəkkəbləşdirir»-deyə, BMT-nin Ukraynadakı insan haqları monitorinq missiyasının hesabatında qeyd edilir.
BMT komisarı həm də buna görə, narahatlıq ifadə edib ki, Moskva Ukraynanın razılığı olmadan bu ölkənin şərqinə ağ yük maşınları göndərməkdə davam edir və ya Kiyev tərəfindən bu maşınlara baxış keçirilməsinə imkan vermir.
«Bu maşınların və yüklərin göndərildiyi yeri dəqiq müəyyən etmək mümkün deyil»-deyə, əl-Hüseyn qeyd edib.
Bildirək ki, Rusiya qoşunlarının Ukrayna ərazilərində olması barədə fikirləri Rusiya tərəfi dəfələrlə uydurma adlandırıb. «Bizə heç vaxt fakt təqdim etməyiblər»-deyə, Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib. Bununla belə, Moskva Rusiyadan Donbasa könüllülərin getdiyini də istisna etməyib.
AzPolitika.info


Şərhlər