Menu

Suriyalı qaçqın çərkəzlər Rusiyaya buraxılsın!

10.09.2015, 13:56
Suriyalı qaçqın çərkəzlər Rusiyaya buraxılsın!

Rusiya KİV-nin yaydığı məlumata görə, Prezident yanında insan haqları Şurası dövlət başçısından Suriyalı qaçqınların - çərkəzlərin ölkə ərazilərinə buraxılmasını Prezidentdən xahiş edir («Exo Moskvı»).

«Onlar bizim həmvətənlərimizdir. Krasnodar diyarının köklü xalqıdır - Adıgeydir. Əgər Rusiya onların ölkə ərazisində yerləşməsi hüququnu rəsmi qaydada tanısaydı, 19-cu əsrdə baş vermiş Qafqaz müharibəsinin dəhşətli səhifələrini bağlamış olardı»-deyə, insan haqları şurasının üzvü Maksim Şevçenko «İzvestiya» qəzetinə bəyan edib.

O, bu barədə məktub da hazırlayıb. Məktub, Şura tərəfindən bəyənildikdən sonra, Prezidentə göndəriləcək.

Şevçenkonun sözlərinə görə, Rusiya 5-10 min çərkəzi qəbul edə bilər. O, əlavə edib ki, Suriyalı çərkəzlər kənd əhalisidirlər. Odur ki, onların paytaxta axınını gözləməyə dəyməz.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol