Menu

Azərbaycan diasporunun lideri rüşvət üstündə tutuldu

10.09.2015, 15:23
Azərbaycan diasporunun lideri rüşvət üstündə tutuldu

51 yaşlı keçmiş prokurorluq işçisi külli miqdarda dələduzluqda ittiham olunur

Ümumrusiya Azərbaycan Konqresinin Mordoviya üzrə regional bölməsinin keçmiş rəhbəri həbs olunub.

APA-nın Rusiya bürosunun "13orb.ru" saytına istinadən verdiyi məlumata görə, keçmiş diaspor rəhbəri Yaşar Fəqan oğlu Abışovu 6 ilə qədər həbs cəzası gözləyir.

Yaşar Abışov 2002-2007-ci illərdə Mordoviya prokurorunun böyük köməkçisi vəzifəsində çalışıb, daha sonra təqaüdə çıxıb.

İstintaqın məlumatına görə, bir qadın Abışovdan 2003-cü ildə barəsində azadlıqdan məhrum etmə cəzası olan şəxsin vaxtından əvvəl azadlığa çıxarılması üçün kömək istəyib. Keçmiş prokurorluq işçisi 300 min rubl müqabilində bunu edə biləciyini söyləyib.

Bu il mayın 28-də Saransk şəhərinin Voroşilov küçəsində "Lada" avtomobilində Yaşar Abışova həmin məbləğ verilərkən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində o saxlanılıb.

51 yaşlı azərbaycanlının cinayət işinə Saransk şəhərinin Lenin Rayon Məhkəməsində yaxın vaxtlarda baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol