“Wikileaks”in qurucusu Culiyan Assanc (Julian Assange) Suriya prezidenti Bəşər Esad'la əlaqədar təəccüblü bir iddia ortaya atıb.
AzPolitika.info-nun “CNN Türk”ə istinadən verdiyi məlumata görə, Assanc “Russia Today”ə müsahibəsində ABŞ-ın Suriya ilə bağlı köhnə planlarından danışıb və Suriyadakı vətəndaş müharibəsindən də əvvəl Əsədin devrilməsinin Vaşinqtonun planlarında olduğunu qeyd edib.
Onun sözlərinə görə, sadəcə vətəndaş müharibəsi və Suriya-İraq sərhədlərində esktremistlərin güclənməsi dünya ictimaiyyətini hər hansı müdaxiləyə “razı salmağa” kömək etməli idi.

Şərhlər