Menu

Azərbaycan-İtaliya oyununun biletləri satışda

12.09.2015, 17:58
Azərbaycan-İtaliya oyununun biletləri satışda

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İtaliya oyununun biletləri satışa çıxarılıb.

AFFA-nın saytında verilən məlumata görə, biletləri "Bakcell Arena"nın kassalarında və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən "Bakcell Müştəri Xidmətləri" mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti:

1-ci kateqoriya – 4 AZN

2-ci kateqoriya – 2 AZN

3-cü kateqoriya – 1 AZN

VİP – 50 AZN

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol