Menu

İğdırda PKK-ya yardım edənlər tutuldu

15.09.2015, 08:55
İğdırda PKK-ya yardım edənlər tutuldu

Türkiyənin İğdır vilayətində 13 polisin şəhid olması ilə nəticələnən terror aktı ilə bağlı 2 nəfər həbs edilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, həbs olunan şəxslər 39 və 49 yaşlı kişilərdir.

Onlardan birinin kənd muxtarı (icra nümayəndəsi) olduğu bildirilir. Həbs olunanlara qarşı “terror təşkilatına yardım" ittihamı irəli sürülüb.

Xatırladaq ki, sentyabrın 8-də Türkiyənin İğdır vilayətində, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu gömrük-keçid məntəqəsində çalışan polislər PKK terrorçularının hücumuna məruz qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol