Ukraynada hakim Regionlar Partiyası da “Milli qvardiya” yaratmağa başlayıb. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə partiyanın Xarkovdakı nümayəndələri bəyan ediblər. Artıq “Milli qvardiya”ya üzvlər qəbul edilirlər.

“Bu addım bina və tikililərin lazımi mühafizəsi və ələ keçirilmiş binaların isə azad edilməsi üçün atılır”, – deyə partiyanın təmsilçisi Mixail Dobkin bildirib. Ancaq o, “qayda yaratmağın başqa yollarını” da istisna eləməyib, əgər “böhrandan çıxmağın bütün variantları kara gəlməsə təbii ki”.

“Bizim səbrimiz hüdudsuz deyil. Və bizə edilən çağırışların hamısını qəbul edirik” – deyib Yakukoviç tərəfdarı.