Menu

"İsrail və Rusiyanın ortaq maraqları var" - Netanyahu

21.09.2015, 16:30

141119000244_netanyahu_jerusalem_624x351_gettyRusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan İsrail baş naziri Binyamin Netanyahu ilə görüşüb.

AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, Netanyahu regiondakı vəziyyətin pisləşməsindən narahat olduğuna görə Rusiyaya gəldiyini açıqlayıb.

“İsrail və Rusiyanın ortaq maraqları var – Yaxın Şərqdə sabitliyi təmin etmək. Mən təhlükəsizlik sahəsində yaranmış mürəkkəb vəziyyətə görə burdayam. Vəziyyət getdikcə daha da çətinləşir”, - deyə İsrail baş naziri vurğulayıb.

Netanyahunu səfərdə İsrailin Müdafiə Ordusunun (TZAHAL) baş qərargah rəisi general Hadi Ayzenkot və İsrail Hərbi Kəşfiyyatının (AMAN) komandiri general-mayor Hertzi Halevi müşayiət edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol