Menu

Roma Papası Konqresdə tarixi nitq söylədi

25.09.2015, 17:22
Roma Papası Konqresdə tarixi nitq söylədi

Roma Papası Fransis ABŞ Konqresi qarşısındakı çıxışda qanunvericiləri “qardaşlıq və həmrəylik ruhu nümayiş etdirməyə, ümumi xeyirin naminə əməkdaşlıq etməyə” çağırıb.

“Cəmiyyət onda inkişaf edir ki, o bütün üzvlərinin çiçəklənməsinə şərait yaradır, ələlxüsus da ən çox ehtiyacı olanların. Qanunverici fəaliyyət həmişə insanların qayğısına yönəlməlidir,” deyə Fransis Roma papasının konqres üarşısındakı ilk nitqində bəyan edib.

Onun sözlərinə görə Konqresin hər bir üzvünün millətin rifahına xidmət etmək borcu var.

50 dəqiqəlik çıxışı ərzində papa bir neçə həssas mövzuya toxundu ki, bunların sırasında yaxın şərqdə və Avropadakı qaçqın böhranı, qlobal iqlim ydəyişikliyi və materializmin ifrat aspektləri yer alırdı.

Konqres binası qarşısında toplaşmış on minlərlə adam nəhəng ekranlarda papanın çıxışını izləyiblər.

Konqres zalında əyləşənlər sırasında kabinet üzvləri, Ali Məhkəmənin heyəti və konqresmenlərin xüsusi qonaqları var idi.

Aramla və ehtiyatla ingiliscə danışan papanın çıxışı bir neçə dəfə sürəkli alqışlarla kəsildi. Amma heç də hamı çıxışı entusiazmla qarşılamadı.

Konqresdəki dərin fikir ayrılıqları papanın mesajının müxtəlif aspektlərinə qanunvericilərdən gələn fərqli reaksiyalarda əks olunurdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol