Müdafiə Nazirliyi:Düşmənin canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə zərbə endirilib
Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhə xəttində gərginlik səngimir. Belə ki, sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.
Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu - Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olmuş hərbi qulluqçuların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və qoşunların təmas xəttində təxribatların qarşısını almaq məqsədilə düşmənə qarşı müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, ordumuz bir neçə gün əvvəl də bir şəhid verib. Sentyabrın 25-də qoşunların təmas xəttində qarşı tərəfin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. Cəbhə xəttində qeydə alınan ağır döyüşlərdə Azərbaycan ordusu itki verib.
Ermənistan hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb.
Müdafiə Nazirliyinin rəhbərliyi bildirilir ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaqdır.
Silahlı Qüvvələrimizin bölmələrinin

"Ermənistanın müxtəlif təxribatçı addımları, o cümlədən qoşunların təmas xətti və Ermənistan - Azərbaycan sərhədi boyunca vəziyyəti gərginləşdirməsi ilə danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür. Onların əsl məqsədi təcavüz və işğalın davam etdirilməsidir”,- deyə Elmar Məmmədyarov bildirib.


Şərhlər