Menu

İqtisad Universitetində məsləhətçi-professor vəzifəsi yaradılıb

28.09.2015, 16:35
İqtisad Universitetində məsləhətçi-professor vəzifəsi yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) çalışan professorların təcrübəsindən tədris və təlim prossesində istifadə etmək, tədris və elmi proseslərdə varisliyi təmin etmək, elmi-pedaqoji kadr hazırlığını daha da yaxşılaşdırmaq məqsədilə məsləhətçi-professor vəzifəsi yaradılıb.

Bu barədə ADİU-dan məlumat verilib.

ADİU-da 15 ildən yuxarı professor ştatında qüsursüz çalışan və universitetin elmi-pedaqoji həyatında mühüm xidmətləri olan 70 yaşdan yuxarı əməkdaşlar öz razılığı ilə məsləhətçi-professor vəzifəsini tuta bilərlər. Məsləhətçi-professor akademik və inzibati vəzifələrdən azad olunacaq.

Məsləhətçi-professorlar kafedrada aparılan elmi-tədqiqat işlərinə məsləhət verə, doktorantlara və iddiaçılara elmi rəhbərlik edə, elmlər doktoru olmaq istəyən tədqiqatçıların məsləhətçisi ola bilərlər. Eyni zamanda, dərslik, dərs vəsaiti, proqram və digər tədris-metodik materialların hazırlanmasında yaxından iştirak edə, rəy verə bilərlər.

Məsləhətçi-professorlarla əmək müqaviləsi 5 il müddətinə bağlanılır və onun vəzifə maaşı, əlavə ödənişlər, digər güzəşt və imtiyazlar saxlanılmaqla professor-müəllim heyətinin əmək haqqı fondunun hesabına ödənilir.

ADİU-danbildirilib ki, hazırda universitetdə 70 yaşı keçən professor heyətinin sayı 18 nəfərdir və onların hamısı indi ştatdadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol