Menu

Poroşenkodan Putinə BMT tribunasından sərt sözlər

30.09.2015, 00:33
Poroşenkodan Putinə BMT tribunasından sərt sözlər

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinin BMT tribunasından etdiyi beynəlxalq antiterror koalisiyası yaratmaq çağırışını səmimi saymır. Musavat.com-un Ukrayna qaynağına istinadən verdiyi xəbərə görə, sentyabrın 29-da BMT Baş Məclisində çıxış edən Ukrayna lideri deyib: “Son bir neçə gündə biz Rusiyadan barışdırıcı bəyanatlar eşidirik. Bu bəyanatlarda o sırada antiterror koalisiyası yaratmağa çağırış və terrorçularla oyun oynamağın təhlükəli olması əksini tapıb. Gözəl deyilib, ancaq buna inanmaq çətindir.

Siz antiterror koalisiyası yaratmağa necə çağırış edə bilərsizniz əgər öz qapınızın yanındaca terrorizmə stimul verirsinizsə? Siz sülh və legitimlikdən necə söz aça bilərsiniz əgər siyasətiniz marionet hökumətlər hesabına müharibə qızışdırmaqdan ibarətdirsə?

Siz xalqların azadlığından necə danışa bilərsiniz əgər öz qonşunuzu etdiyi seçimə görə cəzalandırırsınızsa? Siz hamı üçün hörmət necə tələb edə bilərsiniz əgər özünüz heç kimə hörmət qoymursunuzsa”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol