Qurumun Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzi bu gün növbəti iclasını keçirib. İclasda ötən həftə ərzində həyata keçirilən işlərin icrası müzakirə edilib, eyni zamanda ölkədəki mövcud ictimai-siyasi vəziyyət dəyərləndirilib. Milli Şuranın əsasnaməsinin yeni layihəsi müzakirə edilib və işlənmək üçün hüquq komissiyasına təqdim edilib. Koordinasiya Mərkəzi qərara alıb ki, haqlarının tapdanması və çətin həyat şəraiti üzündən Azərbaycanda artan intihar olayları ilə bağlı ictimai dinləmələr keçirsin. Bu tədbir fevralın 12-də keçiriləcək. Həmçinin Milli Şura avrointeqrasiya ilə bağlı geniş dinləmələr keçirmək üçün hazırlığını davam etdirir. Koordinasiya Mərkəzi bir çox cari məsələlər barədə də müzakirələr aparıb, uyğun qərarlar qəbul edib.