Menu

Bakıda gözlənilən fəlakət

07.10.2015, 23:44
Bakıda gözlənilən fəlakət

Bu gün Bakıda sürüşmə baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Bakı Avtovağzalı kompleksinin qarşısında, daha dəqiqi, Sumqayıtdan Bakıya gələn avtobusların Avtovağzala giriş istiqamətində baş verib. Artıq yolda istinad divarları əyilib, Avtovağzalın yola yaxın hissəsində iri çatlar əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev ANS PRESS-ə açıqlamasında Bakı-Sumqayıt arasında olan yolda çatların yarandığını təsdiqləyib. Onun sözlərinə görə, həm də istinad divarı deformasiyaya uğrayıb və qırılmalar var. Həmçinin, divardan su axır. Baş geoloq çatların yaranmasını ərazidə mütəmadi olaraq aparılan suvarma, eyni zamanda son günlərdə düşən yağıntı ilə əlaqələndirir. Ancaq yekun qərar aparılan tədqiqatlardan sonra məlum olacaq.

Sürüşmə baş verən yol

Ərazidə sürüşmənin yenidən baş verməsi istisna deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiblər ki, yağış bundan sonra da davam edərsə, Bakı-Sumqayıt yolunda böyük çökmə baş verə bilər. Bu səbəbdən nazirliyin rəsmisi bildirib ki, ərazidə olan suyun axmasının qarşısını drenaj üsulu ilə almaq mümkündür. Artıq ərazidə avtobusların hərəkəti məhdudlaşdırılıb. Amma Bakı-Sumqayıt yolunda heç bir məhdudiyyət yoxdur, sadəcə, sürüşmə baş verən dayanacağa giriş məhdudlaşıb. Hazırda aidiyyəti qurumlar ərazidə iş aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol