Qəndili bombalamasından sonra terror düşərgələrinin tərk edilməsi məsələsində PKK liderləri arasında qarşıdurma yaşanıb. Axar.az xəbər verir ki, Cəmil Bayık düşərgədən getmək istəməyən Mustafa Qarasunun zorla aparılması barədə əmr verib. Bundan sonra Qarasu Qəndilin ətrafındakı Bole kəndinə sığınıb.
PKK liderlərinin hava hücumlarına görə sığındıqları kəndlərdən çıxa bilmədikləri və təxminən 1 aydan çox müddətdə toplana bilmədikləri məlum olub. Bundan əlavə, Duran Qalxanın rəhbərliyində keçirilən təlimlər dayandırılıb. Qeyd edək ki, Türkiyə iyulun 24-dən bu yana PKK-ya qarşı hərbi əməliyyatlar aparır


Şərhlər