Menu

Türkiyədə daha bir miqrant faciəsi: 12 ölü

17.10.2015, 17:44
Türkiyədə daha bir miqrant faciəsi: 12 ölü

Türkiyədə Egey dənizində içərisində əcnəbi vətəndaşların olduğu gəminin batması nəticəsində 12 nəfər ölüb.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Çanaqqala valisi Həmzə Erkal məlumat verib.

Məlumata görə, Yunanıstana keçmək istəyən şəxsləri aparan gəmidə olan 25 nəfərin həyatı xilas edilib. Həyatı xilas edilən şəxslər bildirib ki, gəmidə 52 nəfər xarici vətəndaş olub.

Ölənlərin sudan çıxarılan meyitlərinin Babaqala kəndi limanında quruya çıxarılacağı qeyd edilib.

Buna görə Ayvacıq bələdiyyəsi limana çoxlu sayda cənazə maşını göndərib.

Hal-hazırda xilasetmə işləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol