Rusiya prezidenti Vladimir Putinlə Soçidə şəxsi görüş keçirən Ukrayna prezidenti Viktor Yanukovych Kiyevə qayıdandan sonra minlərlə insan Maydana toplaşıb.
Müxalifət partiyası fevralın 9-da Maydana 50 min etirazçının toplaşdığını bildirir.
Ukrayna müxalifətindən Konstitusiya islahatları və erkən seçki keçirilməsi tələbindən dolayı intensiv təzyiqlərlə üzləşdiyi bir vaxtda Yanukovych Soçi Qış Olumpiaya Oyunlarının açılış mərasimində Putinlə görüşüb. Heç bir tərəf görüşün qısa çəkməsini deməkdən savayı söhbətin təfərrüatına varmaq istəməyib.
Yanukovych-in sözçüsü deyib ki, bu, rəsmi ikitərəfli görüş olmayıb.
Gözlənilirdi ki, Yanukovich Putinlə Rusiyanın yeni hökumət formalaşana qədər dondurduğu 15 milyard dollarlıq borcun taleyini müzakirə etsin.(azadlıq.org)

Şərhlər