Azərbaycanda bundan sonra daşınmaz əmlakla bağlı sənədlərin verilməsi səlahiyyətləri “ASAN xidmət”də olacaq. Musavat.com-un prezidentin saytına istinadən verdiyi məlumata görə, bu barədə prezident İlham Əliyevin imzaladığı fərmanda deyilir.

Sənədə əsasən, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi səlahiyyəti “ASAN xidmət”in göstərdiyi xidmətlərə aid edilir.