Menu

Kollec müdiri həbs edildi

12.02.2014, 12:03
Kollec müdiri həbs edildi

Ağcabədi Pedaqoji Kollecində rüşvətxorluq halı aşkarlanıb və buna görə də Kollecinin direktoru əvəzedicisi Sahib Hüseynov həbs edilərək əmlakı müsadirə olunub.

Onun adı rüşvətxorluqda hallanıb. Həmçinin kollecin tələbələri də bir neçə dəfə mətbuata imtahanlarda onlardan pul tələb edilməsi haqqında məlumat vermişdilər.

Qeyd edək ki, Sahib Hüseynov 08.10.2013-cü ildə kollecə direktor əvəzedicisi vəzifəsinə təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol