“Eldar Mahmudovun əsas biznes şəriklərindən biri də MTN Maddi Təminat İdarəsinini rəisi general-mayor Nizaməddin Hamidovdur.”

Bunu “AzPolitika”ya keçmiş MTN başçısı Eldar Mahmudovun yaxın çevrəsi barədə məlumatlı mənbə deyib.

Məlumata görə, E.Mahmudovla N.Həmidovun Türkiyə və Dubayda şərikli biznesləri – otel və ticarət mərkəzləri var.

“Nizaməddin Həmidov MTN-in tikinti sifarişlərini həyata keçirən şirkətlərdən 20-30 faiz “şapka” alıb. İndiyədək MTN-in Maddi Təminat İdarəsində ən azı 300 milyon dövlət vəsaiti mənimsənilib. Araşdırılsa bunu çox asanlıqla üzə çıxarmaq olar”, deyə mənbə bildirir.

V.Nəsibov

AzPolitika.info